Elektron dəri yaradıldı

9 Yanvar 2024 23:53

Quanqdonq əyalətindəki Cənub Elm və Texnologiya Universitetinin çinli alimləri biomimetik strukturlara malik termotənzimləyici elektron dəri hazırlayıblar. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, elektron dəri, elastik termoelektrik cihazı hidrogel kompozit materialı ilə birləşdirərək insan bədəninin termorequlyasiya mexanizmini təqlid edir.

İstilik əmələ gəlməsi və yayılmasının zərif tarazlığı sayəsində termal cəhətdən sabit elektron dəri ətraf mühitin temperaturu 10 ilə 45 dərəcə arasında olan geniş diapazonda səthin temperaturunu 35 dərəcə Selsi qədər aşağı saxlamaq qabiliyyətini nümayiş etdirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun