Rəşid Mahmudov həyəcan təbili çaldı: "Ölkədə qripin ağır növü yayılıb, mən özüm də ağır keçirdim"

9 Yanvar 2024 19:21

"Qızılça xəstəliyi keçirən insan ikinci dəfə bu xəstəliyi keçirmir. Qızılça ölkəmizə xaricdən gəlib. Bilirsiniz ki, son aylar bu xəstəlikdən dünyasını dəyişənlərin də sayında artım var. Məktəblilər arasında yayılan qızılçaya qarşı valideynlər diqqətli olmalıdırlar. Təbii vasitələrdən istifadə etmək lazımdır. Hər xəstəliyə qarşı iynədən istifadə etmək olmaz. Tövsiyyəm odur ki, qızılçaya yoluxmuş uşaqlara kişmiş yedirtsinlər, bal və digər şirin ərzaqlardan istifadə olunsun, bir də bu xəstəlikdən əziyyət çəkənlər özlərini qətiyyən soyuğa verməsinlər. Bəzi insanlar qızılçanı ayaqüstü keçirir. Bu da onların immunitetlərinin yüksək olması ilə bağlıdır. Qızılçaya yoluxan uşağı çimizdirmək olmaz"
 
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov bildirib. O daha sonra ölkədə qripin ağır növünün yayıldığını bildirib.
 
"Boğazı daima qarqara etmək, sarımsaq yemək lazımdır. Əgər öskürək çoxdursa aparat vasitəsilə müxtəlif bitkilərlə, ən əsası çobanyastığı ilə inqalasiya etmək lazımdır. Türk dərmanlarından istifadə etsinlər. Xəstəliklər küləklə, torpaqla sovrulur və sonra yayılır. Qar yağsa bütün infeksion xəstəliklər yox olar. Həddindən artıq soyuqa qrip də tab gətirmir, məhv olur. Mən özüm də pis xəstələnmişdim, qripləmişdim. Çox ağır keçirirdim. Çox xəstəliklər yayıla bilər, amma öncədən proqnoz vermək olmur" deyə Rəşid Mahmudov deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun