3 uşaq anası intihar etdi

9 Yanvar 2024 16:35

Ağdamda intihar hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ballar kəndində 2001-ci il təvəllüdlü İ.Əliyeva özünü asıb.

İlkin məlumata əsasən, qadın ailəli olub, hadisədən əvvəl ailədaxili münaqişə səbəbindən 3 körpə övladını da götürərək atası evinə gəlib.

İntihar hadisəsi də 23 yaşlı qadının atasının evində qeydə alınıb. 

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun