Ərdoğan AK Partinin Ankara bələdiyyə başçısı namizədini açıqlayacaq

9 Yanvar 2024 14:14

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) Ankara bələdiyyə başçısı namizədini 15 yanvar tarixində açıqlayacaq.

Milli.Az-ın TurkicWorld-un məlumatına görə, bu barədə AK Partinin seçki işləri üzrə sədri Əli İhsan Yavuz açıqlama verib.

Məlumata əsasən, 15 yanvar tarixində Ankara daxil olmaqla, 48 vilayətin də namizədləri açıqlanacaq.

Qeyd edək ki, Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər bu il martın 31-də keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun