Tiktokda canlı açan ər arvadına görün nə etdi - VİDEO

10 Yanvar 2024 06:05

Tiktokda canlı yayım açan cütlüyün videosu qısa zamanda gündəm olub.

Milli.Az Türkiyə məbuatına istinadən xəbər verir ki, Tiktokda canlı yayım zamanı cütlük mübahisə etməyə başlayıb.

Mübahisə zamanı ər qadının boğazından yapışaraq onu boğmağa çalışıb.

Qadın ərinə buraxması üçün yalvarsa da kişi buna məhəl qoymayaraq onu boğmağa davam edib.

Daha sonra o da ərinə zərbə endirib. Burnundan aldığı zərbədən sonra qadını buraxmalı olan ər söyüşlərlə şiddəti davam etdirib.

Həmin anlar sosial şəbəkədə reaksiyalara səbəb olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun