Sərnişin avtobusu qəzaya uğrayıb, ölənlər və yaralananlar var - FOTO

9 Yanvar 2024 13:20

Bu gün İranda Tehran-Xürrəmabad magistral yolunda sərnişin avtobusu qəzaya uğrayıb.

Milli.Az bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.

Məlumata görə, qəza zamanı yeddi nəfər ölüb, səkkiz nəfər yaralanıb.

"Bu gün səhər saatlarında avtobus və yük maşınının toqquşması nəticəsində yeddi nəfər həyatını itirib, səkkiz nəfər ağır yaralanıb. Hadisə yerinə göndərilən xilasetmə qüvvələri yaralıları dərhal xəstəxanaya aparıblar", - deyə Lorestan əyalətinin Yol Polis İdarəsinin rəisi Məhəmməd Zareyi bildirib.

Baş verən qəzanın səbəbinin araşdırıldığı bildirilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun