Görüş gözlənilir: Ərdoğan Putinə bunu təklif edəcək

9 Yanvar 2024 13:31

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş hazırlanır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası bildirib.

"Tarix və yer ilə bağlı hələ konkret bir şey yoxdur. Görüşün gündəliyi var, diplomatik kanallarla müvafiq işlər aparılır", - məlumatda bildirilib.

Bildirib ki, Türkiyə Rusiyaya Ukrayna ilə danışıqların bərpasını təklif edəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun