Alimlərdən şad xəbər: Xərçəng peyvəndi bu tarixdə hazır olacaq

10 Yanvar 2024 04:03

"Modern" şirkəti bildirib ki, dəri xərçənginin ən ciddi forması olan melanomanın müalicəsində irəliləyiş iki il ərzində reallığa çevrilə bilər. Şirkət 2025-ci ilə qədər bu xəstəliyə qarşı eksperimental peyvəndin hazır olacağını gözləyir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Medical Xpress" məlumat yayıb.

Adi peyvəndlərdən fərqli olaraq, terapevtik peyvəndlər bədənin öz immun sistemini işğalçıya qarşı öyrətməklə müalicə edir. "Moderna" şirkətinin baş direktoru Stefan Banselin sözlərinə görə, bu, onkologiyada yeni ümid və ya "immunoterapiya 2.0" deməkdir.

Son klinik sınaqların nəticələri göstərir ki, "Moderna" peyvəndi melanoma xəstələrində residiv və ya ölüm riskini əhəmiyyətli dərəcədə azaldır. Bu məlumatlar onkologiya üçün böyük əhəmiyyət kəsb edir.

Alimlər əvvəlki sınaqların nəticələrini təsdiqləmək və ABŞ Qida və Dərman Administrasiyası (FDA) və Avropa Dərman Agentliyindən terapevtik peyvənd üçün təsdiq almaq üçün 2024-cü ildə 1000 nəfəri əhatə edən daha geniş "üçüncü mərhələ" tədqiqatı keçirməyi planlaşdırırlar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun