"Napoli"nin futbolçuları "həbs edildi"

9 Yanvar 2024 10:23

Son İtaliya çempionu "Napoli"nin futbolçuları həftənin çox hissəsini bağlı qapılar arxasında keçirəcək. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Klub bu addımı A seriyasında "Torino"ya darmadağından (0:3) sonra atıb.

Mənbənin məlumatına görə, futbolçular həftənin böyük hissəsini qapalı şəraitdə məşq edəcəklər. Dəqiq tarixlər göstərilməyib, lakin komandanın yanvarın 13-də "Salernitana" ilə keçiriləcək oyuna qədər bu rejimdə çalışacağı gözlənilir.

Son çempionlar hazırda İtaliya çempionatının turnir cədvəlində 9-cu yeri tuturlar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun