Qəzzada ən böyük silah anbarı aşkarlandı

9 Yanvar 2024 01:40

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının mərkəzində HƏMAS-ın ən böyük silah anbarını aşkarlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

"Əsgərlərimiz Qəzzanın mərkəzində mülki əhalinin sıx məskunlaşdığı Əl-Bureycdə müharibənin əvvəlindən bəri ən böyük silah anbarını aşkarlayıblar", - məlumatda vurğulanıb.

Məlumata görə, İsrail əsgərləri anbarda İsrailin şimalına çata bilən uzaqmənzilli raketlər üçün komponentlər, onların yığılması üçün yeraltı istehsal müəssisələri, partlayıcı maddələr, həmçinin odlu silahlar və PUA-lar tapıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun