Ermənistanı yeni iqtisadi təlatüm gözləyir
20 May 2010 16:09
Milli.Az xəbər portalının "Armenia Today"a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın sabiq baş naziri Qrant Baqratyan bildirib. Onun fikrincə, bu ilin sentyabr-oktyabr aylarında Ermənistana iqtisadi böhranın növbəti dalğası gələ bilər. "Ötən il Ermənistanda iqtisadi geriləmə 14% olub. Amma realda bu rəqəm 22% idi. Hökuməti isə bu, narahat etmir. Hökumət üzvlərinin, şəxsən baş nazir Tiqran Sarkisyanın savadsızlığı real nəticələrin olmamasına aparıb çıxarır. O, hələ monopoliya ilə oliqopoliyanın fərqini bilmir. Hökumət oliqarxların qeydinə qalmaqla məşğuldur", - deyə Baqratyan bildirib.
Milli.Az