Lui Bono və Mirzoyan Bakı ilə İrəvan arasında münasibətləri müzakirə ediblər

8 Yanvar 2024 22:42

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər.

Milli.Az report.az-a istinadən xəbər verir ki, görüş İrəvanda baş tutub.

Tərəflər regional təhlükəsizlik məsələlərinə də toxunublar.

Bundan əvvəl Bono Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun