Əgər dəstək dayansa, rus ordusu cəbhə xəttini keçəcək

8 Yanvar 2024 22:24

Əgər indi dəstəyi dayandırmaq və ya geri götürmək qərarı verilərsə, Rusiya döyüş meydanında uğur qazana və cəbhə xəttini keçə bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Qərbin dəstəyi barədə danışarkən bildirib.

O, müttəfiqlərdən gələcəkdə böhranın qarşısını almaq üçün Kiyevi daha çox silahla təmin etməyi tələb edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun