Braziliyada yol qəzasında 25 nəfər ölüb

8 Yanvar 2024 21:46

Braziliyanın Bahia ştatında turist avtobusunun yük maşını ilə toqquşması azı 25 nəfər həlak olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb.

Məlumata görə, həlak olanlardan 3-ü yük maşınının, 22-i isə avtobusun sərnişinləridir. Ölənlər arasında uşaqlar və hamilə qadınlar da var.

Daha 5 nəfərin yaralandığı deyilir.

Qəzanın səbəbləri hələ müəyyən edilməyib.

Portalın məlumatına görə, avtobus sərnişinləri okeana səyahətdən qayıdırmışlar. Şəhərdə üç günlük matəm elan edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun