Sahil kənarında başı kəsilmiş kişi meyiti tapıldı - FOTOlar

8 Yanvar 2024 21:53

Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda çimərlikdə gəzən vətəndaşlar tərəfindən kişi meyiti tapılıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, yoxlamalar zamanı meyitin başının olmadığı müəyyən edilib.

Cəsədin Yunan adalarını keçməyə çalışan qeyri-qanuni mühacirə aid olduğu güman edilir. Qanunsuz mühacir olduğu düşünülən meyit yarılma üçün Muğla Ədli Tibb Təşkilatı meyitxanasına aparılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun