Ukraynanın uduzmaq riski var - Alman mediası

8 Yanvar 2024 21:59

Ukrayna yardımların kəsilməsi səbəbindən ərazilərini itirə bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Berliner Zeitung" qəzeti yazıb.

"Bu il Kiyev daha çox təzyiq altında olacaq, ehtimal ki, hücuma keçə bilməyəcək və daha çox müdafiə mövqeyi tutacaq. Ola bilsin ki, Ukrayna Qərb dövlətlərinin yardımının azalması səbəbindən 2024-cü ildə ərazilərini itirsin", - məqalədə bildirilib.

Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Avropa Birliyinin maliyyə yardımı göstərməyəcəyi təqdirdə Kiyevin ehtiyat planının olmayacağını bildirmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun