Kiyev ABŞ-dan 60 milyard dollardan çox maliyyə yardımı gözləyir.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu fikri Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak deyib.
Deputatın sözlərinə görə, çox güman ki, bu həftə ABŞ Senatından Ukraynaya maliyyə yardımının mətni təqdim olunacaq:
"Kiyev yaxın vaxtlarda Ukraynaya dəstək haqqında qanun layihəsinin mətnini gözləyir. Eyni zamanda Ukraynanın fikrincə, ABŞ-dan Kiyevə ayrılan maliyyə yardımının həcmi dəyişməz qalacaq və 60 milyard dollardan çox olacaq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun