Türkiyənin kimyəvi maddə ixracı 30 milyard dolları ötüb

8 Yanvar 2024 16:51

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin kimyəvi maddə ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz azalaraq, 30,6 milyard dollara çatıb.

Milli.Az  xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2023-cü ilin dekabr ayında Türkiyə 2,7 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 0,4 faiz çoxdur" - deyə nazirlikdən əlavə edilib.

Qeyd olunub ki , son 12 ay ərzində (dekabr 2022- dekabr 2023) Türkiyə 30,6 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun