Tehranda yaşayış binası uçub, ölən və yaralananlar var - VİDEO

8 Yanvar 2024 12:21

İranın paytaxtı Tehran şəhərinin cənubunda yaşayış binası uçub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə yerli "Tasnim" xəbər agentliyi məlumat yayıb.

Səhər saatlarında üçmərtəbəli yaşayış binasının uçması ilə bağlı məlumat daxil olub.

Hadisə nəticəsində 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilib.

Yaralananlar tibb müəssisələrinə çatdırılıb, qəza baş verən ərazidə axtarış-xilasetmə işləri davam etdirilir və hadisənin başvermə səbəbləri araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun