"Mən yaltaqlığı bacarmıram ki, qızıl üzüklə Aygün xanımı çağırım"

8 Yanvar 2024 11:50

Müğənni Səidə Sultan Atv-də yayımlanan "Rəngarəng" verilişinin qonağı olub.

Milli.Az bildirir ki, sənətçi yenidən qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

O, həmkarlarından kimin toyuna gəlmədiyi sualını cavablandırarkən şou əhlinin bostanına daş atıb:

"Mən yaltaqlıq etməyi sevmirəm. Öz gücümə hərəkət edirəm. Qızıl üzüklə məclisimə kimisə çağırmalı deyiləm. Aygün Kazımovanı çox sevirəm. İşi olub ki, gəlməyib. Tək mənim məclisimə gəlməsə, daha çox pis olardım. Başqaları ilə də belə hallar yaşanıb".

Hüseyn 
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun