Mbappe PSJ-də daha bir tarix yazdı

8 Yanvar 2024 12:03

PSJ-nin hücumçusu Kylian Mbappe Fransa Kubokunda klubun bombardiri olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, fransalı futbolçu buna Fransa kubokunun 1/32 final mərhələsinin "Revel"lə oyununda (9:0) het-trik etməklə nail olub.

25 yaşlı forvard turnirdə ümumilikdə 30 qola imza atıb. Bu göstəriciyə görə fransalı 28 qol vuran Fransua M'Peleni ötüb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun