Szinpin orduda kütləvi təmizləmə aparır - Səbəb

8 Yanvar 2024 08:59

Pekinin Tayvanda ekspansionist ambisiyalarına şübhə yaradan geniş yayılmış korrupsiyanın aşkarlanmasından sonra Çin hərbi komandirlərə qarşı kütləvi repressiyaya başlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Blumberq" Amerika kəşfiyyatının informasiyalarına istinadən məlumat yayıb.

"Sədr Si Szinpin kütləvi hərbi təmizləməyə geniş yayılmış korrupsiyanın onun ordunu modernləşdirmək səylərini sarsıtması və Çinin müharibə aparmaq qabiliyyətinə şübhə yaratmasından sonra başlayıb", - məlumatda qeyd olunub.

Bildirilib ki, korrupsiya xüsusilə Çin Raket Qüvvələrində və hərbi-sənaye kompleksinin müvafiq seqmentində geniş miqyasda olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun