Rusiya 7 ballistik raket sınağı keçirəcək

8 Yanvar 2024 06:19

Rusiya cari ildə qitələrarası ballistik raketlərin 7 buraxılışını həyata keçirməyi planlaşdırır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, son 5 il ərzində Rusiya qitələrarası ballistik raketlərin ümumilikdə 20 sınaq buraxılışını həyata keçirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun