Polis sərxoş kişini keçisi ilə birgə həbs etdi

7 Yanvar 2024 23:31

Qəribə hadisə Fransada baş verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, qeyri-adekvat davranışına görə polis Biatriz şəhərində bir kişini saxlayıb. 

Kişinin sərxoş olduğunu görən polislər onu şöbəyə gətirib. Bu zaman kişinin yanındakı keçi də ona qoşularaq idarəyə gəlib. 

Sərxoş kişi ifadəsində keçinin ona aid olduğunu və dostları ilə birgə məclisdən qovulduğunu bildirib. Polis ictimai asayişi pozan şəxsi keçisi ilə birgə 1 sutka həbs edib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun