“Liverpul” məğlubiyyətsizlik seriyasını altıya çatdırdı

7 Yanvar 2024 23:06

İngiltərə kubokunun 1/32 finalında "Liverpul" Londonun "Arsenal" klubunu 2:0 hesabı ilə məğlub edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, görüş "Emireyts" stadionunda baş tutub.

Matçın 80-ci dəqiqəsində "Arsenal"ın polşalı müdafiəçisi Yakub Kivior avtoqola imza atıb. İkinci hissəyə əlavə olunan 5-ci dəqiqədə "Liverpul"un kolumbiyalı hücumçusu Luis Dias fərqlənib.

"Liverpul"un növbəti mərhələdəki rəqibi daha sonra müəyyənləşəcək.

"Arsenal" ardıcıl üçüncü dəfə məğlub olub. Bundan əvvəl Mikel Artetanın komandası İngiltərə çempionatında iki London derbisində məğlub olmuşdu - "Fulhem" (1:2) və "Vest Hem" (0:2).

"Liverpul" isə bütün yarışlardakı məğlubiyyətsizlik seriyasını altı matça çatdırıb.

"Arsenal" ağ formada çıxış edib. Futbolçular gənclərin zorakılığına, eləcə də bıçaqdan istifadə edilən cinayətlərə qarşı "No More Red" kampaniyasına dəstək veriblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun