"Tesla" bu ölkədə nöqsanlara görə 1,6 milyon avtomobilini geri çağırdı

7 Yanvar 2024 21:27

"Tesla" sükan proqramları və qapıların kilidləmə sistemlərindəki nöqsanlara görə Çində 1,6 milyondan çox avtomobili geri çağırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, avtomobillərin çağrılmasına səbəb kimi, "Tesla" "Model S", "Model X", "Model 3" və "Model Y" avtomobillərinin avtomatik sükan yardımı funksiyasındakı nöqsanlara görə, "Model S" və "Model X" EV-ləri isə qapının kilidini açmaq nəzarətini düzəltmək üçün geri çağırıb.

Qeyd edək ki, nöqsanlar 26 oktyabr 2022-ci il və 16 noyabr 2023-cü il tarixləri arasında istehsal edilmiş 7538 avtomobilə təsir göstərir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun