Balqabaqdan bişirilən ən qədim ləziz yemək – Pırtlama RESEPTİ

8 Yanvar 2024 06:25

Balqabaqdan dadlı desertlər hazırlandığını yəqin ki, bilirsiniz. Zəngin vitamin və mineral deposu olan balqabaqdan bişirilən ən qədim yemək növü pırtlamadır. Bu qəribə adın səbəbi bişənə yaxın qaynayanda "pırt-pırt" deyə səs çıxarmasıdır.

Milli.Az lent.az-a istinadən qədim pırtlamanın hazırlanma qaydasını təqdim edir:

Balqabaq doğranır, üzərini örtəcək qədər su əlavə edilir və qaynamağa qoyulur.

O bişənə qədər ayrı bir qazanda doğranmış soğan yağla qovrulur. Bişib yumşalmış balqabaqlar əzilir, suyu süzülür və bişmiş soğanın üzərinə əlavə edilir. Bu qarışımın üzərinə bir stəkan şəkər tozu, əvvəldən bişirilmiş xırda lobya ( bəzi bölgələrdə onu düyü ilə əvəz edirlər), kişmiş, qoz ləpəsi, bir çimdik duz əlavə edib 10 dəqiqə vam odda bişirirlər. Yeməkdən spesifik pırt-pırt səsi gələndə pırtlama hazırdır demək. Nuş olsun.

Bu yemək mədə bağırsaq problemi olan hər kəs üçün can dərmanı sayıla bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun