Netanyahu Hizbullaha xəbərdarlıq etdi

7 Yanvar 2024 17:22

İsrail Hizbullahla münaqişəni siyasi yolla həll etməyə hazırdır, lakin onlar buna kömək etməsələr, digər variantlardan istifadə olunacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

"Hizbullaha HƏMAS-ın son aylarda öyrəndiyi dərsdən nəticə çıxarmağı təklif edirəm - heç bir terrorçu təhlükəsizlikdə deyil. Vətəndaşlarımızı qorumaq və şimallıları sağ-salamat evlərinə qaytarmaq əzmindəyik. Bu, hamının paylaşdığı milli məqsəddir və biz buna nail olmaq üçün məsuliyyətlə hərəkət edirik", - o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun