Aygün Hümmətovanın (Bəylər) dəfn yeri və saatı ən yaxın müddətdə açıqlanacaq.
Milli.Az bildirir ki, bu barədə Musavat.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Əməkdar artist uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyindən vəfat edib. Müğənni Ankaraya müalicə üçün getmişdi.
Aygün Bəylərin nəşinin ölkəyə gətirilib-gətirilmədiyi bilinmir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun