Rusiyanın zərbələri Qərbdə panika yaratdı - Merkuris

7 Yanvar 2024 10:00

Rusiyanın Kiyevdə yerləşən strateji hədəflərə raket hücumu Avropa ölkələrində panikaya səbəb olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu britaniyalı analitik Aleksandr Merkuris deyib.

Ekspertin sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin hücumları nəticəsində Ukraynanın hərbi infrastrukturuna xeyli ziyan dəyib:

"Rusiya tərəfindən geniş miqyasda və yüksək texnologiyalı silahlardan istifadə etməklə həyata keçirilən hücumlarla Amerika və Avropanın hava hücumundan müdafiə sistemləri həddən artıq "yüklənib".

AB-nin yeni "Patriot" zenit sistemlərinin istehsalı haqqında düşünməyə başladığı bir vaxtda biz həyəcan və panika əlamətləri görürük".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun