Şarl Mişel Avropa Şurasının rəhbəri vəzifəsini erkən tərk edəcək

7 Yanvar 2024 06:57

Avropa Şurasının rəhbəri Şarl Mişel Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirak etmək niyyətindədir, o, iyulun ortalarında vəzifəsini tərk edəcək.

Milli.Az report.az-a istinadən xəbər verir ki, o, bu barədə şənbə günü bildirib.

"Avropa seçkilərində İslahat Hərəkatı partiyasından çıxış edəcəyəm. Mən Avropa Parlamentinin üzvü kimi and içmək niyyətindəyəm", - "Sudinfo" portalı Mişeldən sitat gətirib.

Şarl Mişelin Avropa Şurasının rəhbəri kimi səlahiyyət müddəti 2024-cü ilin noyabrında başa çatır, seçkilər iyulda keçiriləcək. Siyasətçinin qeyd edib ki, "iki vəzifə tutmaq mümkün deyil". "Bu o deməkdir ki, mən iyulun 16-da Avropa Parlamentinin üzvü kimi and içənə qədər Avropa İttifaqı Şurasının rəhbəri kimi vəzifələrimi yerinə yetirəcəyəm", - o fikirlərini izah edib. O vaxta qədər Avropa Şurası Şarl Mişelin yerinə kimin keçəcəyinə və onun nə vaxt vəzifəyə başlayacağına qərar verməlidir.

Avropa Parlamentinə seçkilər iyunun 6-dan 9-dək keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun