Avstraliyada naməlum şəxs insanlara silahlı hücum edib, yaralananlar var

7 Yanvar 2024 06:30

Avstraliyanın cənub-şərqindəki Melburn şəhərində naməlum şəxs yoldan keçənlərə bıçaqla hücum edib, 4 nəfər yaralanıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Viktoriya ştatının polisi məlumat yayıb.

Məlumata görə, hücum edən 31 yaşlı kişidir. "Polis ətrafdakılara hücum edən Meltonlu bir kişini həbs etdi", - ştatın polis idarəsi bildirib. Hadisə ilə bağlı ilkin araşdırmadan sonra hücumun terror olduğu tamamilə istisna edilir.

Hücum zamanı iki kişi və iki qadın xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərdən biri - 31 yaşlı qadının vəziyyəti ağırdır.

Silahlı şəxs saxlanılaraq polis bölməsinə aparılıb. Polis əməkdaşları onun digər cinayətlərdə iştirakını yoxlayır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun