Netanyahu: Müharibəni dayandırmaq olmaz

6 Yanvar 2024 23:24

HƏMAS məhv edilənə və bütün girovlar azad olunmayana qədər İsrailin Qəzza zolağında müharibəsini dayandırmaq olmaz.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

"İsrail Livanla sərhəddə gərginliyin qaldığı bölgədə təhlükəsizliyi bərpa etmək niyyətindədir. O vaxta qədər hər şeyi bir kənara qoyub, tam qələbə qazanana qədər birlikdə hərəkət etməyə davam etməliyik",- o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun