682-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

6 Yanvar 2024 20:52

Rusiya müharibənin 682-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

"Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 565 təyyarəsi, 265 helikopteri, 10 488 PUA-sı, 447 zenit-raket kompleksi, 14 494 tank və digər zirehli texnikası, 1 201 reaktiv yaylım atəş sistemi, 7 645 artilleriya və minaatanı, 17 121 xüsusi hərbi avtomobil texnikası məhv edilib", - o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun