Rusiya bu şəhərləri tutmağa hazırlaşır

6 Yanvar 2024 12:38

Rusiya ordusu yaxın həftələrdə Xarkov vilayətində Kupyanskın ələ keçirilməsi üçün səyləri artıra bilər, lakin vilayətin başqa istiqamətlərində genişmiqyaslı hücum əməliyyatlarına hazır deyil.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

İnstitut ukraynalı rəsmilərə istinadla qeyd edib ki, rus qoşunları 2024-cü ilin qışında Kupyansk və Borovoyu tutmağı hədəfləyir:

"Bu şəhərlərin tutulması çox güman ki, Ukrayna qüvvələrini Xarkov vilayətindəki Oskol çayının şərq sahilindən sıxışdırıb çıxaracaq və Rusiyanın Kupyansk-Svatovo-Kremennoy xətti boyunca gələcək hücum əməliyyatları üçün şərait yaradacaq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun