Ukraynanın hər yerində hava həyəcanı elan edildi

6 Yanvar 2024 11:54

Rusiya təyyarəsinin havaya qalxması ilə əlaqədar bütün Ukrayna ərazisində hava həyəcanı elan edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri "Telegram"da paylaşım edib.

"Bütün Ukrayna raket təhlükəsi altındadır! MiQ-31K-nın uçuşu qeydə alınıb", - paylaşımda deyilir.

Qeyd edək ki, son günlər Rusiya Ukraynanın müxtəlif şəhərlərində mülki infrastruktura kütləvi şəkildə raket və dron zərbləri endirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun