ABŞ müdafiə naziri xəstəxanaya yerləşdirildi

6 Yanvar 2024 11:16

ABŞ-nin müdafiə naziri Lloyd Ostin planlı tibbi prosedurdan sonra ağırlaşmalarla xəstəxanaya yerləşdirilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Pentaqon sözçüsü Patrik Rayder məlumat yayıb.

"Yanvarın 1-də axşam müdafiə naziri Lloyd Ostin son planlı tibbi prosedurdan sonrakı ağırlaşmalar səbəbindən Valter Rid Milli Hərbi Tibb Mərkəzinə yerləşdirilib", - məlumatda deyilib.

Pentaqon Ostinin sağalmağa doğru getdiyini və çox güman ki, şənbə günü işə qayıdacağını qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun