Almaniyada bərədə vitse-kanslerlə bağlı baş vermiş insident araşdırılır

6 Yanvar 2024 08:50

Almaniyanın prokurorluğu fermerlərin ölkənin vitse-kansleri Robert Habeki daşıyan bərənin gəlişini əngəlləmək cəhdini araşdırır.

Milli.Az-a report.az-a istinadən xəbər verir ki, xəbər verir ki, bu barədə "Spiegel" yazıb.

"Bu hərəkət Şlüttzil, Şlezviq-Holştayndakı bərə estakadasının blokadasında iştirak edənlər üçün hüquqi nəticələrə malikdir: Flensburqun məsul prokurorluğu cümə günü təhqiqat başladıb", - nəşr vurğulayıb.

Xatırladaq ki, daha öncə Almaniya hökumətinin sözçüsü Şteffen Hebeştrayt fermerlərin Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habekin olduğu bərənin gəlişini əngəlləməyə çalışdığını açıqlamışdı. O bildirmişdi ki, siyasi əxlaqın bu cür qəddarlığı "heç kəsi biganə qoymamalıdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun