Yaponiyada zəlzələlər: ölənlərin sayı 100-ə yüksəlib

6 Yanvar 2024 07:50

Yaponiyada zəlzələlər nəticəsində ölənlərin sayı 100-ə çatıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin regional rəhbərliklərinin verilənlərindən məlum olub.

Məlumata görə, 500-ə yaxın insan yaralanıb. Qurbanların və xəsarət alanların əksəriyyəti davam edən zəlzələlərin episentrində olan və təbii fəlakətdən ən çox zərər çəkən İsikava prefekturasının sakinləridir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun