Prezident elan etdi: rekord miqdarda kokain...

6 Yanvar 2024 06:13

Boliviyanın hüquq-mühafizə orqanları ölkə tarixində ən böyük miqdarda - 8,7 ton kokaini müsadirə edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Boliviya Prezidenti Luis Arse X sosial şəbəkə hesabında məlumat verib.

"Biz Boliviya xalqına və beynəlxalq ictimaiyyətə bildiririk ki, Niderlanda göndəriləcək 8,7 ton kokaini müsadirə etdik", - dövlət başçısı yazıb.

Onun qeyd etdiyinə görə, bu, Boliviya tarixində ən böyük narkotik müsadirəsidir.

Boliviya Prezidentinin sözlərinə görə, ələ keçirilən yükün dəyəri 526 milyon dollar qiymətləndirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun