Qəzza ölüm və ümidsizlik yerinə çevrilib - Qriffits

6 Yanvar 2024 05:50

Oktyabrın 7-də baş verən dəhşətli hücumdan üç ay sonra Qəzza ölüm və ümidsizlik yerinə çevrilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits deyib.

"Tibbi müəssisələr davamlı hücuma məruz qalır. Qismən fəaliyyət göstərən bir neçə xəstəxana travma xəstələri ilə doludur və bütün lazımi təchizatlarda ciddi çatışmazlıqlar var", - Qriffits qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun