İsrail Hizbullahın komandanlıq mərkəzini vurdu

6 Yanvar 2024 00:37

İsrail ordusu bu gün sərhəddəki hücumlara cavab olaraq Livanın cənubundakı Hizbullah komandanlıq mərkəzinə hava zərbəsi endirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Tayms of İsrail" məlumat yayıb.

Məlumata görə, Hizbullahın planlaşdırılan hücumlarının qarşısını almaq üçün tanklar və artilleriya sərhəd boyu bir sıra əraziləri atəşə tutub.

Milli.Az