İranda terrora görə 11 nəfər həbs edildi - Kamikadzelərdən biri Tacikistan vətəndaşıdır

5 Yanvar 2024 21:02

İranın Təhlükəsizlik Nazirliyi (ETTELAAT) Kerman şəhərində törədilən terror aktı ilə bağlı məlumat yayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, qurum kamikadzelərdən birinin Tacikistan vətəndaşı olduğunu bildirib. İkinci terrorçunun şəxsiyyəti araşdırılır.

Qeyd edilib ki, partlayışları törətməkdə şübhəli bilinən 11 nəfər həbs edilib. Digərlərinin şəxsiyyətlərinin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az