Halevi Livanla sərhəddə: Hizbullahla toqquşmalar...

5 Yanvar 2024 21:30

Livanla sərhədə səfər edən İsrailin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi yüksək rütbəli hərbçilərlə bölgədəki vəziyyəti dəyərləndirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Halevi görüşdə Hizbullahla toqquşmaların davam etdiyini bir daha xatırladıb:

"Mənim təəssüratım belədir ki, biz şimalda çox güclü hazırlıq vəziyyətindəyik. Bu bölgəyə tez-tez baş çəkirəm. Düşünürəm ki, hazırlıq ən yüksək səviyyədədir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun