Premyer Liqa təmsilçisi ikinci legioneri də yola saldı… SON DƏQİQƏ

5 Yanvar 2024 14:21

"Zirə" ukraynalı hücumçu Vladislav Kulaçdan sonra daha bir legionerlə yolları ayırıb.

Milli.Az sportinfo.az-a istinadla bildirir ki, qəsəbə təmsilçisi 2022-ci ilin avqustunda sıralarına qatdığı Andriya Lukoviçlə vidalaşıb.

O vaxt 2 illik müqavilə imzalamış serbiyalı yarımmüdafiəçi ilə sözləşməyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

29 yaşlı balkanlının son klubu Portuqaliya "Belenenseş"i olub. Daha əvvəl ölkəsində "Rad", "Bask", "Srvena Zvezda", "Vojdovaç", Polşada "Rakuv", Portuqaliyada "Famalikan"ın formasını geyinib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun