Bütün şokoladların tərkibində tarakan var - Həkim

6 Yanvar 2024 00:22

"Hər 100 qram kakao tozunun tərkibində 8 qram üyüdülmüş tarakan ola bilər".

Milli.Az sağlamolun.az-a istinadən xəbər verir ki, bu sözləri Bioloji Təbabət Klinikasının həkimi, fitoterapevt Əli Zərbaliyev Səhiyyə TV- də yayımlanan "Sağlam Səhhət" proqramında deyib.

O bildirib ki, şokoladlar müxtəlif firmalarda hazırlansa da xammal olaraq kakao tozu eyni yerlərdən gəlir:

"Kakao Afrika, Amerika kimi ölkələrdə yetişdirilir. Kakao dənələri bir yerə yığıldığı zaman aralarına fərqli həşəratlar da qarışa bilir. Hətta Rusiyada normativ sənədlərdə kakao tozuna 8 faizə qədər üyüdülmüş tarakan qatmaq icazəsi var".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun