Qış başlayandan bəri ən soyuq gecə: Sakinlər qeyri-adi mənzərə gördülər - FOTOlar

6 Yanvar 2024 06:32

Rusiyada ötən gecə maraqlı təbiət hadisəsi qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Moskva şəhəri və Moskva vilayətinin sakinləri şaxtalı hava fonunda işıqlı sütunları müşahidə ediblər.

Bu qeyri-adi və əsrarəngiz görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılıb.  

Qeyd edək ki, Rusiya paytaxtında ötən gecə qış başlayandan bəri ən soyuq gecə olub və temperatur təxminən -27 dərəcəyədək düşüb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun