Fransada braziliyalı futbolçu Neymarın "Barselona"dan PSJ-yə tarixi transferi ilə bağlı korrupsiya qalmaqalı ilə bağlı araşdırmalara başlanılıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, Fransa Assambleyasının keçmiş vitse-prezidenti Yuq Renson və PSJ-nin ictimaiyyətlə əlaqələr üzrə keçmiş direktoru Jan-Maryal Ribes korrupsiya sxemində şübhəli bilinirlər, çünki onlar vəzifəsindən istifadə edərək məxfi məlumatları əldə edə bilərdilər. Renson Neymar müqaviləsində vergilərin azaldılmasına təsir etməkdə şübhəli bilinir. Bunun müqabilində parlamentari PSJ-dən matç biletləri və bir sıra digər imtiyazlar aldığı iddia edilir.
Bu araşdırmada sübut kimi işdə iştirak edən şəxslərin yazışmalarından istifadə olunur.
Xatırladaq ki, Neymarın PSJ-yə transferi futbol tarixində ən bahalı transfer olaraq qalır. "Barselona" braziliyalı oyunçu üçün 222 milyon avro alıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun