Dövlət Departamenti İsveçin NATO-ya üzvlüyünə dəstəyini açıqladı

5 Yanvar 2024 07:21

ABŞ dövlət katibi Entoni Blinken İsveçin xarici işlər naziri Tobias Billström ilə telefon danışığı aparıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Blinken Vaşinqtonun İsveçin NATO-ya qəbulu ilə bağlı sənədlərin dərhal ratifikasiyasına dəstəyini ifadə edib.

Dövlət katibi dekabr ayında iki ölkə arasında müdafiə tərəfdaşlığı sazişinin imzalandığını təsdiqləyib.

Blinken vurğulayıb ki, İsveçin NATO-ya daxil olması bütün müttəfiqlərə fayda verə bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun