"Mançester Yunayted" 5 futbolçusu ilə müqaviləni uzadır

5 Yanvar 2024 06:40

"Mançester Yunayted" bir neçə futbolçusu ilə müqaviləsini uzatmağa hazırlaşır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Erik Ten Haq danışıb.

O deyib:

"Biz Rafael Varan və Entoni Marsialla danışıqlar aparırıq. Bunlar klubun və futbolçuların daxili işləridir. Biz həmçinin Aaron Van-Bissaka, Viktor Lindelof və Hannibal Meybri üçün müqavilənin uzadılması variantını aktivləşdirmişik".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun